Rəfsəncani: “Terrorizm qarşısı alınması vacib olan virusdur” 07 Oktyabr 2015 01:00 Dünya İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının sədri- Əli Əkbər Haşimi-Rəfsəncani terrorizmi virusa bənzədərək qarşısının kəsilməli olduğunu bildirib. Maide.az xəbər verir ki, Rəfsəncani bu fikirləri Tehranda Xorvatiya Parlamentinin rəhbəri Yosip Leko ilə görüşdə bildirib. Rəfsəncani yüz illərdir imperalistlərin öz ölkələrinin inkişafı naminə məzlum millətlərin haqqlarını qəsb etdiyini söyləyib. Bu hallardanb ən çox əziyyət çəkən asiyalı və afrikalı gənclər olduğunu deyən Rəfsəncani bildirib ki, onlar mövcud vəziyyətə qarşı nifrət bəsləyirlər: “Bu nifrət sonda terrora səbəb olur. Nəticədə onlar intiqam almaq üçün terrora əl atırlar. Suriya, Somali, İraq, Yəmən, Əfqanıstan, Liviya, Pakistan və digər ölkələrdə beynəlxalq koalisiyas mövcud olmadan terrorizmin aradan qalxması mümkün deyil”, - deyə Şura sədri vurğulayıb. O sonda xorvatiyalı qonağa söyəyib ki, İranın Xorvatiya ilə əməkdaşlığında bir sərhəd yoxdur və rəsmi dairələr bu məsələ haqqında daha çox işlər görməlidirlər. Teqlər : #Rəfsəncani: Terrorizm qarşısı alınması vacib olan virusdur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu gün Liviyada müvəqqəti hökumət elan edilə bilər Fələstin üçün Nyu-Yorkda həmrəylik nümayişi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO