Fələstin üçün Nyu-Yorkda həmrəylik nümayişi

İsrail rejiminin fələstinlilərə qarşı son dövrdəki zülmünə ABŞ-ın Nyu York şəhərində etiraz edilib

İsrail rejiminin İordan çayının qərbi və Qüdsdə fələstinlilərə qarşı artan hücumlarına ABŞ-ın Nyu York şəhərində etiraz edilib.
 
Maide.az xəbər verir ki, İsrail rejiminin Nyu-York Baş Konsulluğunun qarşısında toplanan təxminən 150 aktivist "Qəzəb Günü" adı altında keçirilən aksiyada fələstinlilər ilə həmrəylik mesajı verib.
 
Müxtəlif qeyri-hökumət təşkilatı və tələbə qruplarının təşkil etdiyi aksiyaya qatılanların böyük hissəsinin universitet tələbələri olduğu bildirilir.
 
"Birləşən insanlar məğlubedilməzdir" və "İşğal altında müqavimət qanunidir" şüarları səsləndirən nümayişçilər İsrail rejiminin son dövrdə fələstinli gənclərə qarşı törətdiyi cinayətlərə xüsusilə işarə vurulub.

Google+ WhatsApp ok.ru