Rəmadinin bir neçə bölgəsi işğaldan azad edilib

İraq ordusu və xalq qüvvələri Rəmadi şəhərinin bir neçə bölgəsini İŞİD terrorçularının işğalından azad ediblər.
 
Maide.az xəbər verir ki, Əl-İraqiyə telekanalının verdiyi məlumata görə, İraq ordusu Səccariyyə, Cuybə, Həsibə və digər məntəqələri terrorçuların işğalından azad edərək, Rəmadi şəhərinə nəzarəti təkmilləşdirib.
 
İraq ordusunun bu uğurları terrorçuların ağır tələfatı və itkilər verməsi ilə yanaşı olub.
 
Həmçinin, Rəmadi - Bağdad yolu da İŞİD terrorçularından təmizlənib və tamamiə açılıb.
 
İraqdan daxil olan bir başqa məlumata görə, İraq ordusu və xalq qüvvələrinin müştərək əməliyyat qərargahının sözçüsü Yəyha Rəsul Zübeydi Rəmadinin azad edilməsi əməliyyatında onlarla terrorçunun ölməsindən xəbər verib.
 
İŞİD terror qruplaşması 2015-ci ilin  may ayının 15-dən  Rəmadi şəhərini işğal altında saxlayırdı. /
 

Google+ WhatsApp ok.ru