Rəsmi Tehran ABŞ-ın haker hücumu ilə bağlı iddiasına cavab verib 26 Mart 2016 02:00 Dünya İran həmişə haker hücumlarının qurbanı olub. Lakin bu qanunsuz hücumlara analoji addımlarla cavab verməyib”. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari ABŞ-da 7 iranlı haker barəsində cinayət işi açılması xəbərlərinə münasibət bildirərkən deyib. H. Ənsari qeyd edib ki, İran dünyada haker hücumlarının qarşısının alınması üçün effektiv sistemin olmamasını ciddi nöqsan kimi dəyərləndirir: “Təəssüflər olsun ki, bəzi ölkələrin hakerlərlə bağlı mövqeyi konstruktiv deyil və beynəlxalq normalara ziddir. İran məsuliyyətini dərk edən və Qoşulmama Hərəkatının sədri kimi həmişə haker hücumlarının qarşısının alınması mexanizminin hazırlanmasında təkid edib. Bütün ölkələri, xüsusi ilə ərəb ölkələrini bu kimi qanunsuz hücumlarla mübarizəyə çağırırıq. Haker hücumu edən ölkələrdən isə istəyirik ki, dağıdıcı əməllərindən əl çəksinlər”./ Teqlər : #Rəsmi Tehran ABŞın haker hücumu ilə bağlı iddiasına cavab verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Merkelin terrorçu ilə selfisi üzə çıxdı - VİDEO - FOTO `İran öz raket potensialını daha çox artıracaq`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO