Rəsmi Tel-Əviv fələstinli uşaqların həbsini qanuniləşdirdi

Rəsmi Tel-Əviv fələstinli uşaqların həbsini qanuniləşdirdi

 
Eastnews.org-un verdiyi xəbərə görə, İsrail parlamenti Knesset 12 yaşlı fələstinli uşaqları da mühakimə etmək və cəza verməyə imkan tanıyacaq bir qanunu layihəsini qəbul etdiyi bildirilib.
Knessetə təqdim olunan qanun layihəsində terror cinayətlərindən mühakimə olunacaq şəxslərin yaşının 14-dən 12-yə salınması nəzərdə tutulurdu. Binyamin Netanyahu rəhbərlik etdiyi Likud partiyası təqdim olunan layihəyə digər sağ və ortodoks partiyalar da dəstək verib.
 
Knessetin internet saytında yer alan xəbərdə 12 yaşından böyük fərdləri terror cinayətlərindən dolayı prosesləri və cəzaya məhkum edilməyə imkan verən qanunun qəbul olunduğu bildirilib.  
 
Qanun layihəsini Knessete təqdim edən Likud millət vəkili Anat Berko ötən oktyabr ayından bu yana 12-15 yaş arası çox sayda uşağın həyata keçirdiyi bıçaqlı hücumları əsas göstərib. Ancaq bu hücumların bəzilərinin polis tərəfindən müdafiə edildiyi kimi uşaqlar tərəfindən törədilmədiyinə dair qəti sənəd və görüntülər mövcuddur, bu da sözügedən iddiaları puç edir.
 
Məsələyə reaksiya göstərən B’Tselam adlı İsrailli qeyri-hökumət təşkilatından bildiriblər ki, qanunun problemləri həll etməyəcək. İsrail ordusunun hərbi qanunlara əsasən, işğalı altındakı İordan çayının qərb sahilində 12 yaşından böyük uşaqları həbs etmə səlahiyyəti var. Daha əvvəl bir hərbi məhkəmədə mühakimə olunan 12 yaşındakı bir fələstinli uşağa 4 ay həbs cəzası verilmişdi. /

Google+ WhatsApp ok.ru