Yəhudilər fələstinli qızın otardığı qoyunları öldürdü, özünü döydü 05 Avqust 2016 01:00 Fələstin Rəmallah şəhərinin şərqindəki Ramon kəndi yaxınlığında ötən gün yəhudilərdən ibarət bir qrupun fələstinli gənc qıza hücum edərək xəsarətlər yetirdiyi bildirilib. Yəhudilər 11 qoyunu bıçaqladıqdan sonra qoyunları otaran fələstinli gənc qıza hücum ediblər. Gənc qıza zərbələr endirib xəsarətlər yetirdikdən sonra onu öldürmək üçün olduğu yeri yandıran yəhudilər hadisə yerindən qaçıb. Yəhudilərin fələstinli gənc qıza hücum etdikləri yerin Rəmallahın şərqində bədəvilərin yaşadığı "Əl-Muarracat" bölgəsi yaxınlığında yerləşdiyi və bölgənin Rəmallah ilə Əriha arasındakı yol üzərində olduğu qeyd edilib. Yəhudilərin İordan çayının qərb sahilində fələstinlilərə, evlərinə, nəqliyyat vasitələrinə, şumlanmış ərazilərinə, heyvanlarına hücum etdiyi, işğalçı İsrail qüvvələrinin də onların hücumlarına laqeyd olduğu və görməməzlik etdiyi deyilir. (eastnews.org) / Teqlər : #Yəhudilər fələstinli qızın otardığı qoyunları öldürdü,#özünü döydü , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rəsmi Tel-Əviv fələstinli uşaqların həbsini qanuniləşdirdi İsrail rejimi həbsxanalarındakı 300 fələstinli məhbus aclıq aksiyasına başladı
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar