Radikal yəhudilər məscidə hücum etdi: İsrail bayrağı asdılar

Radikal yəhudilər məscidə hücum etdi: İsrail bayrağı asdılar

-- əl-Xəlil şəhərində

Bir qrup radikal yəhudi hərbiçilərin müşayiəti ilə  Fələstindəki  İbrahim Əl-Xəlil məscidinin üstünə  sionist rejiminin bayrağını asıb. 
 
Maide.Az “FİA”-a istinadən xəbər verir ki, bu barədə məscidin yerləşdiyi əl-Xəlil şəhərinin İslami Vəqflər İdarəsinin müdiri İsmayıl Əbu Halavə açıqlama verib. 
 
Onun sözlərinə görə, ifratçı yəhudilər fələstinlilərin  "Böyük fəlakət – Nəkbə” (İsrailin qurulmasının ildönümü günü)  adlandırdıqları gün münasibətilə məscidin eyvanına və divarına İsrail bayrağını asıblar. 
 
Qeyd edək ki,  hər il  işğalçı rejimin  qurulması gününə etiraz olaraq  fələstinlilər genişmiqyaslı aksiyalar təşkil edir. 
 
Rejim əsgərləri isə  dinc aksiyaların qarşısını amansızlıqla almağa cəhd göstərir. İnsanlara qarşı  gözyaşardıcı qazlardan və həqiqi güllələrdən  istifadə edirlər.
 
Nəticədə onlarla fələstinli  həyatını itirir, yaralanır  və əlil olur. Beynəlxalq ictimaiyyət isə  bu  zorakılığa  ya göz yumur ya da bəyanat verməklə  kifayətlənirlər. 
 

Google+ WhatsApp ok.ru