Radikal yəhudilər fələstinlilərin evlərinə hücum etdilər

Radikal yəhudilər Talmudey ritualını yerinə yetirdikdən sonra, fələstinlilərin evlərini talan etməyə başlayıblar. 
 
İslamazeri.az Palinfo-ya istinadən xəbər verir. Çərşənbə günü, axşam saatlarında İordan çayının qərb sahilindəki əl-Xəlil şəhərində radikal yəhudilərdən ibarət dəstə  “Köhnə şəhərdə” yerləşən və fələstinlilərə məxsus evlərə daşa tutublar.
 
Hadisədən öncə, izdiham, İbrahimiyyə məscidinin yaxınlığında Talmudey ritualını (Talmud kitabında adı keçən dini ayin) keçiriblər. İzdihamın hücumundan sonra, ərazidə fələstinlilərlə israillilər arasında qızğın toqquşmalar baş verib. Toqquşmalar zamanı gənc fələstinlilər yaralanıb.
 
Qeyd edək ki, Talmud yəhudilərin dini ədəbiyyatı sayılır, bəzi yəhudilər isə Talmudun saxtalaşdırıldığını bildirir. Onu da qeyd edək ki, Talmudda qeyri-yəhudilər insan sayılmırlar. 

Google+ WhatsApp ok.ru