Rahiblərin təyyarəsi düşdü

Baham adalarında aviaqəza baş verib.
 
Baham Adaları Birliyi və ya Bahamalar kimi tanınan ölkənin beynəlxalq hava limanında şəxsi təyyarə eniş edərkən qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfərin həlak olduğu xəbər verilir. 
 
Ölkənin xarici işlər naziri Fred Mişel açıqlamasında Beynəlxalq Bahamalar Rahiblər Təşkilatı işçilərini daşıyan təyyarənin eniş edərkən Qrend adaları yaxınlığındakı Friport bölgəsində tikinti kranı daşıyan bir gəminin üzərinə düşdüyü bildirilir. 
 
Qəzada ölənlərin arasında məşhur rahiblər təşkilatının qurucusu Mayls Manro və ailəsinin də olduğu qeyd edilir.

Google+ WhatsApp ok.ru