ABŞ-da Quran müsabiqəsi keçiriləcək

Amerikanın Florida ştatının Orlando şəhərində Quranın hifz (əzbərdən oxumaq), Quranın tərtil , təcvid  və  təfsiri üzrə müsabiqə keçiriləcək.
Maide.az-ın məlumatına görə, müsabiqə 2015-ci ilin yanvarın 1-dən 4-dək, Şimali Amerikanın  şiə tələbələri assosiasasının təşəbbüsü ilə assosiasanın 44-cü illik toplantısı çərçivəsində keçiriləcək.
Şimali Amerikanın şiə tələbələr assosiasiyası 1970-ci ildə yaradılmışdır. Onlar hər il dünyanın hər yerindən olan alimləri qurultaya dəvət edərək islam dininə aid məsələləri müzakirə edirlər.  Bu assosiasiya həqiqi islamı Quran ayələri, Peyğəmbər (s) və Əhli-Beytin (ə) kəlamları əsasında təbliğ etmək məqsədi ilə yaradılıb. //

 

Google+ WhatsApp ok.ru