Ramadi İŞİD terrorçularının nəzarətinə keçdi; baş nazir könüllüləri mübarizəyə səslədi

Ənbarlı yerli mənbələrdən alınan məlumata görə, yerli polis və ordu qüvvələrinin geri çəkilməsindən sonra İŞİD terrorçuları Ramadini tamamilə ələ keçiriblər. 
İraqda Ənbar Vilayət Məclisi sədrinin müavini Falih Əl-İsavi terror təşkilatının Ramadi şəhərində 503 nəfəri edam etdiyini də söyləyib.
 
Maide.az-ın İran mediasına istinadən verdiyi məlumata görə, Ramadiyi ələ keçirən İŞİD terrorçuları şəhərdəki yanacaqdoldurma məntəqəsini və bir neçə hökumət binasını yandırıb. 
 
Digər tərəfdən, İraq dövlət televiziyası baş nazir Heydər Əl-İbadinin Ənbarı İŞİD-dən azad etmək üçün şəhərin yerli hökuməti, tayfa liderləri və din xadimlərinin tələbi ilə şiələrdən ibarət Haşdi Şabi qüvvələrinin digər təhlükəsizlik qüvvələri və sünni tayfa gücləri ilə birgə terrorçulara qarşı döyüşməsi üçün Ənbara girmək göstərişi verdiyini bildirib.

Google+ WhatsApp ok.ru