Rus və Çin döyüş gəmiləri Aralıq dənizdə təlimlərə başlayıb

Rus və Çin döyüş gəmiləri Aralıq dənizdə birgə hərbi təlimə başlayıb. Qara dənizdə ilk dəfə birgə təlim keçirən iki ölkənin müharibə gəmiləri İstanbul və Dardanel boğazlarından keçərək Aralıq dənizinə keçib. İki ölkədən 9 döyüş gəmisinin iştirak etdiyi təlim 21 maya qədər davam edəcək.
 
Ukrayna böhranına görə təzyiqin yüksəldiyi bir dövrdə reallaşan təlim ABŞ və NATO-ya işarə kimi qiymətləndirilir.
 
Rusiya Dəniz Qüvvələri komandir köməkçisi Aleksandr Fedotenkov "Dəniz Əməkdaşlıq 2015" təlimində yeni təhdid və çağırışlara qarşı əməkdaşlığın inkişaf etdirilməsinin planlaşdırıldığını, üçüncü ölkələrə qarşı təhdid güdmədiyini deyib.
 
Mətbuata açıqlama verən Fedotenkov, "Rus və Çin döyüş gəmiləri təlim sahəsinə çatıb. Birgə təlim Rusiya bayraqlı "Moskva" kreyserinin liderliyi ilə həyata keçirilir. Taktika və təhlükəsizlik baxımından lazımlı brifinqlər keçirilib", - deyə bildirib.

Google+ WhatsApp ok.ru