Ramazan ayı öncəsi Məscidül-Əqsada  təmizlik işləri görülüb

Ramazan ayı öncəsi Məscidül-Əqsada təmizlik işləri görülüb

Qüds sakinləri və işğal edilmiş Fələstin torpaqlarındakı onlarla insan Ramazan ayı yaxınlaşıdığı üçün könüllü olaraq Məscidül-Əqsa və onun ətrafında olan iki tarixi qəbristanlıqda təmizlik işləri görüb. 
 
Maide.Az xəbər verir ki, Məscidül-Əqsanın içərisində və həyətində təmizlik işləri ilə yanaşı, insanlar məscidin yaxınlığında olan "əl-Rahmə" və "əl-Yusifiyə" tarixi qəbristanlğında da otları təmizləyib. 
 
Ramazan ayının yaxınlaşması münasibəti ilə "Qüds Vəqflər İdarəsi" Məscidi-Əqsanın həyətində günəşin istisindən qorunmaq üçün çətirlər quraşdırıb.
 
Həmçinin Ramazan ayında keçirilək cümə namazları və digər proqramlarla bağlı hazırlıq işləri görülür. /

Google+ WhatsApp ok.ru