Ramazan ayı ilə bağlı ən yaradıcı video müsabiqəsi keçirilir

 You Tube Video paylaşma şəbəkəsi Ramazan ayı ilə bağlı ilk  ən yaradıcı video müsabiqəsi keçirir. 
Maide.Az  “Gtoday” xəbər portalına istinadən bildirir ki, ilk ən yaradıcı video müsabiqəsində  qurumlar, KİV-lər və təbliğat şirkətləri Ramazan ayı ilə bağlı öz ən yaxşı filmlərini təqdim edə bilərlər. 
Müsabiqə Yaxın Şərq və Şimali Afrika ölkələrində keçirilir. Ən təsirli videolara mükafatlar təqdimolunacaq. 
Google şirkətinin Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə  nümayəndəsi  Alex Brunury  deyib ki, bu müsabiqə çox önəmlidir ona görə ki, həm Ramazan dəyərləri vurğulanacaq və həmdə müsəlman dünyasından yaxşı imic təqdim olunacaq. 
 

Google+ WhatsApp ok.ru