Ramzan Kadırov: müsəlman üçün din qanunlardan daha üstündür

Müsəlman üçün həyatda ən əsas dindir. Bu fikri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.     
 
“Bizim üçün ən əsas İslamdır. Qanunlardan da üstündür. İslamda deyilir ki, əgər dövlət sizə ibadət etməyə, Quranı öyrənməyə, məscid tikməyə icazə verirsə, siz bu dövləti qorumağa borclusunuz. Bizim adətlərimiz, Quran və Konstitusiya arasında heç bir ziddiyyət yoxdur”, deyə Kadırov “Qovorit Moskva” radiostansiyasına müsahibəsində bildirib.     
 
Kadırov çıxışında İslam dəyərlərinin qorunmasının vacibliyini qeyd edib: “Bizim vəzifəmiz  insanlara İslamın cəmiyyətə təhlükə mənbəyi deyil, sülh və əminamanlıq üçün olduğunu göstərməkdir”. 

Google+ WhatsApp ok.ru