Sionist rejim qüvvələri Beytül-Müqəddəsdə Efiopiyalı yəhudilərə hücum edib

Efiopiyalı yəhudilər Beytül-Müqəddəsdə sionist rejimin qara dərililərə qarşı irqçi hərəkətlərinə etiraz məqsədi ilə mitinq keçiriblər. 
Maide.az xəbər verir ki,2 mindən çox etirazçı Efiopiyalı yəhudi Binyamin Netanyahunun ofisinə tərəf yürüş edərkən  rejim polisi mitinq iştirakçılarına hücum edib və mitinqi dağıdıb. Polisin müdaxiləsi ilə Efiopiyalı yəhudilər və polis arasında qarşıdurma baş verib. Polis göz yaşardıcı qaz və su ilə mitinq iştirakçılarını dağıtmağa çalışıb. Mitinq iştirakçıları polis qüvvələrinə tərəf daş atıblar. 
Qarşıdurma zamanı 2 nəfər həbs olunub, 3 polis nəfəri yaralanıb.  /
 

Google+ WhatsApp ok.ru