İran: 'Əfqanıstandan NATO və ABŞ təyyarələri narkotik daşıyır'

İran: 'Əfqanıstandan NATO və ABŞ təyyarələri narkotik daşıyır'

İranın Narkotiklərlə Mübarizə Agentliyinin baş katibi İskəndər Mumini NATO və ABŞ təyyarələrinin Əfqanıstandan narkotik daşıdığını söyləyib.

 
Maide.Az "Deyerler.org"a istinadən xəbər verir ki, avqustun 24-ü Tehranda əyalətdəki narkotik əleyhinə koordinasiya şuralarının müavinləri, baş katibləri və katiblərinin qatıldığı video konfransda çıxış edib: “2000-ci ildə Əfqanıstanda dərman istehsalının ümumi həcmi 200 tona yaxın idi, lakin 2017-ci ildə bu 10.000 tondan artıq oldu və bu 50 dəfə artım deməkdir”.
 
“İndi Amerika təyyarələrinin Əfqanıstandan narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu bilirik”, - deyən İran rəsmisi, NATO təyyarələrinin Əfqanıstanda narkotik ticarəti və daşınması ilə narkotik maddələrin yetişdirilməsinə kömək etməsi barədə inandırıcı məlumatların olduğunu bildirib.
 
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da ABŞ və NATO-nun Əfqanıstandan digər ölkələrə narkotik ticarəti ilə məşğul olduqlarını bildirmişdi.

Google+ WhatsApp ok.ru