İran-Azərbaycan media həmkarlığı

Azərbaycan Respublikası radio-televiziya sahəsində İranın təcrübələrindən istifadə edilməsini istəyib.
 
Maide.az-ın İRİB-ə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin 1-ci müavini İltimas Məmmədov çərşənbə axşamı günü İran İslam Respublikası Teleradio Təşkilatı sədrinin müasir texnologiya və media məsələləri üzrə müavini Mehdi Əxəvan Behabadi ilə görüşdə iki ölkə mediaları arasında həmkarlığın genişləndirilməsi vacibliyini vurğulayıb.
 
Məmmədov İran İslam Respublikası Teleradio Təşkilatının radio və televiziya təchizatlarının istehsalı və təmini sahəsindəki irəliləyişlərinə toxunaraq, bu təcrübələrdən istifadə edilməsini istəyib.
 
Həmçinin bu görüşdə iki tərəf İranda və Azərbaycan Respublikasında radio və televiziya kanalları tezliklərinin qəbul edilməsi və bəzi məsələlərin həlli barədə razılığa gəlib.

Google+ WhatsApp ok.ru