İran: `Kameron bizdən rəsmi üzr istəmədən əlaqələr inkişaf etdirilməyəcək`

İran BMT-dəki danışığında İranı tənqid edən İngiltərə baş naziri Kameronun üzr istəməməsi halında əlaqələrin inkişaf etməyəcəyini açıqlayıb.
 
Maide.az-ın məlumatına görə, İran Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası İngiltərənin baş naziri Devid Kameronun Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində İran haqqında "qəbul edilməz" ifadələr işlətdiyi üçün İrandan rəsmi üzr istəmədən, hökumətin İngiltərə ilə əlaqələri inkişaf etdirməməsi tövsiyəsini səsləndirib.
 
Bildirilir ki, İngiltərə Orta Şərqdəki problemlərin mənbəyidir: "İngiltərə bölgədə İŞİD kimi terror təşkilatlarını dəstəkləyərək, müsəlman xalqlar arasında məzhəb anlaşılmazlıqları çıxarır."

Google+ WhatsApp ok.ru