Cexiyada xəstəxana tibb bacılarına hicabı qadağan edib

Praqa şəhəri Motol xəstəxanasının admistrasiyası, nizamnaməyə ziddir bəhanəsiylə tibb bacılarına hicabla işləməyi və hicablı tələbələrin təcrübə keçməsini qadağan edib.
Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə,  Praqada yerləşən orta tibb məktəbinin direktoru Nüslə Mariya Yanakovo Praqa Motol Xəstəxanasına 3 hicablı tələbənin təcrübə keçmək üçün xəstəxanaya göndərilməsi ilə bağlı müraciət edib. Xəstəxanadan məktəb direktorunun müraciətinə hicablı tibb bacılarının və hicablı tələbələrin həmin xəstəxanda təcrübə keçməsinin qadağan olduğu haqda məlumat verilib.
Praqa Motol Xəstəxanası qadağanı onla izah edib ki, nizamnamə vahid geyim forması tələb edir, tibb mətkəbinin hicablı təcrübəçiləri  isə öz hicabları ilə bu nizamnaməni pozacaqlar.
 " Biz dini inancın təzahürü üçün müsəlmanların hicab taxmaq hüququna hörmət edirik, lakin gigiyena və təhlükəsizlik haqqında da unutmamalıyıq. Buna görə də bütün tələbələr üçün vahid formanı seçirik"- deyə Praqa Motol Xəstəxanasının direktoru Miloslav Lüdvik bildirib. //

 

Google+ WhatsApp ok.ru