İran 12 dəfə Amerika təyyarələrinə xəbərdarlıq edib

İran 12 dəfə Amerika təyyarələrinə xəbərdarlıq edib

"İran hərbi hava qüvvələri ötən 3 gündə təlimlərin keçirildiyi bölgəyə yaxınlaşmaq istəyən regiondan kənar qüvvələrin təyyarələrinə 12 dəfədən artıq xəbərdarlıq edib".
 
Bunu İranda  keçirilən "Vilayət səması müdafiəçiləri- 7" hərbi təlimlərin sözçüsü Abbas Fərəcpur deyib.
 
Maide.Az xəbər verir ki, A.Fərəcpur deyib ki, regiondan kənar ölkələrin təyyarələri İslam Respublikasının hərbi təlimləri keçirilən bölgəsinə yaxınlaşmaqla məlumat toplamaq istəyirlər. “Bu xəbərdarlıqlar əsasən Amerika ordusuna məxsus pilotsuz təyyarə və hərbi təyyarələrə olunub”. 
 
Qeyd edək ki, dekabrın 26-dan İranda "Modafeane Asemane Vilayet 7" ("Vilayət səması müdafiəçiləri 7") 3 günlük hərbi təlimləri başlayıb.
 
Hərbi təlimlər İranın cənub, cənub-qərb və cənub-şərq bölgəsində Hərbi Hava Hücumundan Müdafiə qərargahının iştirakı ilə keçirilir. 
 
Hərbi təlimlərdə İran Silahlı Qüvvələri, "Sepah", "Bəsic" və digər qüvvələr birgə iştirak edir. /
 
رزمایش مشترک قرارگاه پدافند هوایی خاتم الانبیاء (ص) ارتش جمهوری اسلامی ایران با نام مدافعان آسمان ولایت ۷ (7 دی 1395- عکس از خبرگزاری تسنیم)
 

Google+ WhatsApp ok.ru