İran Almaniya ilə münasibətləri genişləndirməyə hazırdır

İranın xarici işlər naziri müxtəlif siyasi və iqtisadi sahələrdə Almaniya ilə münasibətlərin genişləndirilməsini alqışlayıb.

Maide.Az İran mediasına istinadən xəbər verir ki, İslam respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı Tehranda Almaniya xarici işlər nazirinin müavini Markos Edrer ilə görüşdə iki ölkə rəsmiləri arasındakı ardıcıl siyasi, iqtisadi, mədəni və parlament məşvərətlərinə toxunaraq, ikitərəfli investisiya və iqtisadi və ticari mübadilələrin yüksəlişi üçün münasib imkanların yaradılmasını istəyib.

İranın xarici işlər naziri bildirib ki, Almaniya regional və beynəlxalq hadisələr səhnəsinin mühüm və fəal oyunçularındandır. O, deyib ki, Almaniya bəzi avropalı və qərbli oyunçuların əksinə olaraq, regionda mövcud olan reallıqlara neqativ yanaşmır və bu, regiondan kənar oyunçular üçün mühüm amil sayılır. /

Google+ WhatsApp ok.ru