İranda bomba partladı, ölən və yaralananlar var-Foto

Bu gün İranın Urmiya şəhərinin Bakiri xiyabanındakı mağazada bomba partlayıb.
 
Maide.az xəbər verir ki, partlayış nəticəsində 1 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. 
 
 Urmiya şəhər başçısı Abbas Həsənxani deyib ki, bomba əldə qayrılımış bir bomba olub və onu mağaya atan şəxs artıq həbs olunub. 
 
"O bombanı əl ilə hazırlayıb və partlayış şəxsi münaqişə və ailə münaqişəsi zəminində baş verib. Bundan öncə də ölən şəxslə partlayışı törədən şəxs qarşısında dava olub",-deyə Həsənxani bildirib. 
 
Onun sözlərinə görə, yaralananların vəziyyəti qənaətbəxşdir.  /
 
 
 

Google+ WhatsApp ok.ru