İranda İŞİD-çilərlə təhlükəsizlik qüvvələri arasında atışma olub, 3 terrorçu öldürülüb

İranda İŞİD-çilərlə təhlükəsizlik qüvvələri arasında atışma olub, 3 terrorçu öldürülüb

 
İranın Kirmanşah əyalətində terrorçular və təhlükəsizlik qüvvələri arasında atışma baş verib, 3 terrorçu öldürülüb. 
 
Kirmanşah əyalətinin polis  komandanlığına istinadən verilən məlumata görə, bu gün səhər polis, təhlükəsizlik qüvvələri və xüsusi təyinatlıların iştirakı ilə Kirmanşah şəhərinin məhəllələrinin birində əməliyyat keçirilib.
 
Əməliyyat zamanı İŞİD terror qruplaşmasına bağlı olan3 nəfər öldürülüb. Onlardan bir ədəd “Kalaşinkov” markalı avtomat, iki avtomat darağı,  bir ədəd partlayıcı kəmər  götürülüb. (apa) /

Google+ WhatsApp ok.ru