200 milyondan çox insan hava çirklənməsi səbəbindən vaxtından əvvəl öləcək 16 Avqust 2016 01:00 Dünya Yaxın 45 ildə 200 milyondan çox insan hava çirklənməsi səbəbi ilə vaxtından əvvəl öləcək. Bu proqnozu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) verib. İƏİT-nin dəyərləndirməsinə görə, 2060-cı ilədək havanın çirklənməsi səbəbi ilə vaxtından tez ölənlərin sayı ildə 6-9 milyon olacaq. Halbuki bu rəqəm 2010-cu ildə 3 milyon olub. Hesablamalara görə, 2060-cı ilin sonunda dünya iqtisadiyyatı havanın çirkliliyinin işçilərin sağlamlığına və əmək məhsuldarlığına təsiri səbəbindən ildə 3,75 milyard "adam-gün" (bir insanın bir iş günü ərzində gördüyü işin hesablanma vahidi ) itirəcək. Eyni zamanda, havanın çirklənməsi ilə əlaqədar xəstəliklərin yayılması artacaq. Uşaqlar astmadan daha çox əziyyət çəkəcək. Yüksək ölüm və xəstəlik göstəricilərinin həmçinin Şərqi Avropa, Qafqaz regionu, Asiya ölkələrində, o cümlədən Cənubi Koreyada olacağı proqnozlaşdırılır. (report) / Teqlər : #200 milyondan çox insan hava çirklənməsi səbəbindən vaxtından əvvəl öləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cənubi Koreyada hərbi bazada partlayış olub: bir zabit ölüb, ikisi yaralanıb İranda İŞİD-çilərlə təhlükəsizlik qüvvələri arasında atışma olub, 3 terrorçu öldürülüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO