İranda daş kömür mədənində partlayış baş verib, xəsarət alanlar var

İranda daş kömür mədənində partlayış baş verib, xəsarət alanlar var

İranın Gülüstan əyalətində daş kömür mədənində partlayış baş verib. 
 
Maide.Az xəbər verir ki, partlayış nəticəsində  15 nəfər yaralanıb, 40 şaxtaçı partlayış nəticsəində baş vermiş uçquna görə mədənində qalıb. 
 
İranın Gülüstan əyalətinin təcili tibbi yardım və xilasetmə əməliyyatı üzrə rəis müavini Şahin Fəthi  İSNA agentliyinə bildirib ki,  hadisə bu gün yerli vaxtla 12:05 radələrində Zihar daş kömür mədənində baş verib. 
 
O deyib ki, xilasedicilər hadisə yerinə cəlb olunub. 
 
 

Google+ WhatsApp ok.ru