Soçidə Putin və Ərdoğan arasında görüş keçirilir 03 May 2017 01:00 Dünya "Rusiya-Türkiyə münasibətləri xüsusi status alır və tam həcmdə bərpa olunur". APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qəbul edərkən deyib. "Çox yaxşıdır ki, bizim işgüzar rejimdə görüşmək, ikitərəfli fəaliyyətin əsas məsələləri barədə danışmaq imkanımız var", - deyə V. Putin söyləyib. R. T. Ərdoğan isə bildirib ki, iki ölkənin atacağı birgə addımlar Yaxın Şərqdə vəziyyətə təsir göstərmək imkanındadır: “Bizim çiyinlərimizə çox ağır bir iş, çox böyük məsuliyyət düşür. Əminəm ki, birlikdə atdığımız addımlar bütün regionun taleyini dəyişəcək”. Qeyd edək ki, sonuncu dəfə Rusiya və Türkiyə prezidentləri martın 10-da görüşüb. Teqlər : #Soçidə Putin və Ərdoğan arasında görüş keçirilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranda daş kömür mədənində partlayış baş verib, xəsarət alanlar var İran XİN Ermənistan mətbuatının sui-istifadələrə yol verməsini tənqid edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO