İranda güclü zəlzələ baş verib 13 Dekabr 2014 02:00 Hadisə İranın cənub - qərb bölgəsində Xuzestan əyalətinin Behbahan şəhərində 5,4 bal gücündə zəlzələ baş verib. Maide.az-ın İranın İRİNN xəbər kanalına istinadən məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 00:15-də baş verib. İlkin məlumata görə,Əhali küçələrdə məskunlaşıb. İranın Qırmızı Aypara cəmiyyəti əhaliyə yardım etmək məqsədi ilə bölgəyə göndərilib. İlkin məlumata görə, Xuzestan əyalətinin Behbahan şəhərinin ətrafındakı kəndlərdə evlərə ziyan dəyib. Hələlik ölən və yaralananlar barədə məlumat verilməyib. / Teqlər : #İranda güclü zəlzələ baş verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı metrosunda faciəvi hadisə: Ölən var Bakı metrosunda insident