İranda hərbi təlim keçirilir

İranın İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Quru Qoşunları   bu gün ölkənin cənub şərqində “Peyğəmbər Əzəm (s)” adlı hərbi təlimlərə başlayıb.
 
Maide.az  Tasnim xəbər agentliyinə istinadən xəbər verir ki, bu təlimlər  üç gün müddətinə ölkənin  Sistan və Bəluçistan, Kirman, Xorasan Cənub  və Hörmüzqan əyalətlərinin ərazisində keçiriləcək.
 
Təlimlərdə əsasən  Sepahın  Qüds Qərargah qüvvələri  iştirak edir.  Təlimlərdən məqsəd ordunun gücünün artırılması və təhlükəsizliyin təmini məqsədi ilə hazırlıq vəziyyətinin yaxşılaşdırılmasıdır. /
 

Google+ WhatsApp ok.ru