İranda Hind Okeanı Azad İqtisadi Zonası ölkələrinin konfransı keçirilir

İranın Çabahar şəhərində Hind Okeanı Azad İqtisadi Zonasına daxil olan ölkələrin konfransı keçirilir.
 
APA-nın İran  bürosunun məlumatına görə, konfransda 21 ölkənin nümayəndəsi iştirak edir. 
 
Toplantıya həmçinin ABŞ,  Fransa, Almaniya, Misir, Çin, İngiltərə və Yaponiya müşahidəçi qismində qatılıb.
 
İrana qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra Çabaharda keçirilən konfrans ilk böyük beynəlxalq tədbirdir. Konfrans çərçivəsində sərgi də təşkil olunub. Sərgidə 300-dən çox xarici şirkət iştirak edir.
 
Qeyd edək ki, Çabahar İranın Hind Okeanına açılan yeganə limanıdır . Bu liman böyük okean gəmilərini qəbul edə bilir. Hindistan, Yaponiya, Rusiya və Nigeriya investorları  Çabaharda enerji layihələrinə və liman infrastrukturunun genişləndirilməsinə sərmayə yatırır. İran hökuməti Çabahar dəmir yolunun Mərkəzi  Asiya ölkələrinin dəmir yoluna birləşdirilməsi, qaz boru xəttinin inşası, neft-kimya zavodunun tikilməsi kimi layihələri icra edir. /

Google+ WhatsApp ok.ru