İrandan ABŞ və İsrailə göz dağı

Maide.az xəbər verir ki, Tehranın imam cüməsi Ayətullah Muvəhhidi Kermani, ""Siccil" raketləri İsrail rejiminin nüvə mərkəzlərini və ABŞın bölgədəki bazalarını vura biləcək gücə malikdir və İsrailin bu raketlərə qarşı müdafiə qabiliyyəti yoxdur", - deyib.
 
Həmçinin İran dövlət televiziyasında yayımlanan "Təl-Əvivə 7 dəqiqə" adlı sənədli filmdə danışan müdafiə mütəxəssisi Mehdi Bəxtiyarı saniyədə 4 min 300 metr yol qət edən 700 kiloqram ağırlığındakı "Siccil" raketlərinin 7 dəqiqədə İsraili vura biləcəyini söyləyib.
 
Bəxtiyarı İran raketlərinin İsrailə verə biləcəyi zərərə işarə edərək, sözügedən raketlərin mənzilinin 300 km ilə 2 min kilometr olduğunu, 800 kilometr məsafədəki hədəfi vuran "Qiyam" raketindən sonra İsraillə qarşı hazırlandığını deyib.

Google+ WhatsApp ok.ru