İranda neft müqavilələrinin bağlanmasına dair yeni qaydalar təsdiqlənib 03 Avqust 2016 01:00 Dünya Prezident Həsən Ruhaninin rəhbərliyi ilə keçirilmiş hökümətin iclasında İranda neft müqavilələrin bağlanmasına dair yeni qaydalar təsdiqlənib. Bu barədə Trend İRNA-ya istinadən xəbər verir. Yeni qaydalar İranın neft nazirliyi tərəfindən tərtib olunaraq, hökümətin müzakirəsinə çıxarılıb. Neft və qaz hasilatını tənzimləyən normativ aktlara 150 böyük və kiçik dəyişikliklər edilib, 11 mövcud sənədlərə 4 yeni maddə əlavə edilib. Daha əvvəl İranın neft naziri Bijan Namdar Zəngənə deyib ki, yeni qaydalar neft və xarici şirkətlərin İranın neft və qaz yataqlarının mənimsəməsində tender şərtlərinin dəyişdirilməsini nəzərdə tutur: "Bu şərtlər İrana qarşı inamsızlığı aradan qaldıraraq ölkəyə sərmayələrin cəlb edilməsinə yardım edəcək". / Teqlər : #İranda neft müqavilələrinin bağlanmasına dair yeni qaydalar təsdiqlənib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Human Rights Watch: Şeyx Zəkzaki və xanımı sərbəst buraxılsın BMT baş katibi: `İŞİD-in İraqdakı cinayətləri soyqırımı kimi tanına bilər`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO