İranda nisbətən güclü zəlzələ baş verib

İranda nisbətən güclü zəlzələ baş verib

Bu gün İranın Kirman əyalətinin Faryab şəhərində Rixter cədvəli üzrə 4,7 bal gücündə zəlzələ olub.
 
Maide.Az xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 09:11-də qeydə alınıb. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
 
Qeyd edək ki, İran dünyada seysmik cəhətdən ən təhlükəli ölkələr sırasındadır. Alimlərin verdiyi məlumata görə, zəif zəlzələlər ölkədə, demək olar ki, hər gün baş verir.  
 

Google+ WhatsApp ok.ru