İrandan Səudiyyə Ərəbistanına sərt xəbərdarlıq!

İran, Səudiyyə Ərəbistanının tanınmış şiə din alimi Ayətullah Nimrin edam ediləcəyi məsələsində Səudiyyə Ərəbistanı rəhbərliyini xəbərdarlıq edib.
 
Maide.az xəbər verir k, Ayətullah Nimrin edam edilməsinin Səudiyyə Ərəbistanı rəhbərliyi üçün "baha başa gələcəyi" xəbərdarlığını edən İran Xarici İşlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan Ər-Riyad rəhbərliyindən edamın qarşısının alınmasını istəyib.
 
İranlı diplomat, "Bu hadisə şübhəsiz, müsəlmanların hisslərini incidib, kütləvi etirazlara səbəb olacaq. Səudiyyə Ərəbistan rəhbərliyindən İslam dünyasındakı gərginliyin artmaması üçün məsələyə realist münasibətlə yanaşıb edama mane olması gözlənilir", - deyə bildirib.
 
Qeyd edək ki, bundan əvvəl də müxtəlif siyasi dairələr və müctehidlər Ayətullah Nimrin edam qərarının ləğvi ilə bağlı Səudiyyə qarşısında tələb səsləndiriblər.

Google+ WhatsApp ok.ru