İraqın Daxili İşlər Nazirindən Ərbəin xəbərdarlığı

Bu ilki Ərbəin günləri ərzində heç bir qeyri- iraqlı zəvvarın vizasız ölkə ərazisinə daxil olmasına icazə verilməyəcək. Bu sözləri İraqın Daxili İşlər Naziri Məhəmməd Salem  al-Qabban deyib. 
Maide.az xəbər verir ki, M.S. al-Qabban xarici ziyarətçilərin İraqa səfər etmək üçün mütləq viza almalı olduqlarına toxunaraq, qeyd edib ki, uzun müddətdir ki, ölkə sərhədlərini nəzarətdə saxlamaq üçün müvafiq zəruri tədbirlər görülmüşdür.
O ümidvar olduğunu bildirib ki, bu ilki Ərbəin mərasimi əvvəlki illərlə müqayisədə daha nizam-intizamlı və daha dəqiq proqramla keçiriləcək.
İraq rəsmisi eləcədə vurğulayıb ki, bu ilki Ərbəin ziyarətçilərinin əvvəlki illərə nisbətən daha çox olacağı gözlənilir.
Qeyd edək ki, İraq höküməti 2014-cü ildə iranlı ziyarətçilərin ölkə ərazisinə vizasız daxil olması üçün viza rejimini ləğv etmişdi. Ötən il Ərbəində 20 milyon nəfərə yaxın zəvvarın Kəbəla şəhərini ziyarət etdiyi qeyd olunurdu. /
 

 

Google+ WhatsApp ok.ru