İrandan İslam Dünyasına Məscidi Əqsa çağırışı

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İslam Dünyasına İsrail rejiminin Məscidi Əqsay pozuntularına qarşı hərəkətə keçməyə çağırıb.
 
Maide.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin açıqlamaya görə, Cavad Zərif İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinə göndərdiyi mesajda, İsrailin Qüds və Məscidi Əqsaya qarşı hücumlarını pisləyərək, təcili və təsirli tədbirlər görməsi lazım olduğunu vurğulayıb.
 
Mesajında Zərif, hücumların "provokatif" olduğunu bildirərək, "İsrailin hücumlarını Qüdsün yəhudiləşdirilməsi siyasətləri çərçivəsində davam etdirdiyini" deyib. Beynəlxalq təşkilatların hücumlara dair səssizliyini də tənqid edən Zərif, bunları vurğulayıb: "İslam ölkələri təcili hərəkətə keçməlidir. İran Qüds və Məscidi Əqsaya müdafiə etmək üçün İslam ölkələri ilə əməkdaşlıq halında təcili və təsirli addımlar atmağa hazırdır".

Google+ WhatsApp ok.ru