`O fətva olmasaydı, nə Kərbəla qalacaqdı, nə də Nəcəf`

Höccətül İslam Məhəmmədi Gulpayiqani mərcəiyətin İŞİD-ə qarşı mübarizədəki əhəmiyyətli roluna işarə edərək, belə deyib: "Bu bir həqiqətdir ki, əgər Ayətullah Sistaninin fətvası olmasaydı, nə Kərbəla, nə də Nəcəf qalardı! Çünki bu fətvanın ardından üləmaya və təqlid mərcilərinə güvənən müsəlmanlar İŞİDə qarşı döyüşmək üçün meydana çıxdılar!"
 
Maide.az xəbər verir ki, İran İnqilabı Rəhbəriyət Bürosunin başçısı Höccətülislam Məhəmmədi Gulpayiqani Ayətullah Asifinin düşüncələri və əsərləri mövzulu konqresdə etdiyi çıxışda üləma və təqlid mərcilərinin hər dövrdə müsəlmanlar üçün bir sığınacaq olduğunu vurğulayıb və belə danışıb: "Bu gün İslam düşmənləri də bu həqiqəti başa düşüblər. Bu səbəbdən mərcəiyət mövqesini sıradan çıxartmaq və xalqın gözündən salmaq üçün dünya daxilində sistematik bir iş başladılmışdır. Buna görə müsəlmanlar son dərəcə ayıq olmalıdır, düşmənin oyununa alət olmamalıdır. Təkfirçilər, Nəcəf və Kərbəlanı yerlə yeksan etdikdən sonra İrana və Məşəd şəhərində olan İmam Rzanın (ə) hərəminə hücum etməyi planlaşdırmışdılar. Ancaq Ayətullah Sistaninin həkimanə fətvası bir anda düşmənin oyununu pozdu. Bir milyondan artıq insan terroristlərə qarşı döyüşmək üçün hazır oldular. Bunu dəqiq olaraq söyləyirəm: Əgər Ayətullah Sistaninin fətvası olmasaydı, bu gün nə Kərbəla qalardı, nə də Nəcəf!"

Google+ WhatsApp ok.ru