İranda seçkilərin ikinci turu keçiriləcək

İranda keçirilən seçkilərdə 32 milyon nəfər səsvermədə iştirak edib. Maide.az xəbər verir ki, bunu İranın Daxili İşlər Nazirliyinin sözçüsü  Hüseynəli Əmiri  deyib. O bildirib ki, 32 milyon ilkin hesablamadır: "Tehranda səslərin hesablanması davam etdirilir, amma böyük şəhərlərin çoxunda seçkilər ikinci tur keçiriləcək."
O deyib ki, ölkənin bütün bölgələrində səslərin hesablanması aparılır. İndiyədək 51min 704  seçki dairəsində səslər hesablanıb.
İranda  Xobreqan Ekspertlər Şurası və İslami Şura Məclisi (parlament) seçkiləri dünən - cümə günü keçrilib. Səsvermə başa çatdıqdan dərhal sonra səslərin hesablanmasına başlanılıb. İranın 80 milyonluq əhalisinin 67,5 faizi - 54 milyon 915 min 24 nəfər səsvermə hüququna malikdir. Parlament seçkilərində 4844 namizəd rəqabət aparırdı.
 
 

Google+ WhatsApp ok.ru