BMT baş katibi vəzifəsinə altı rəsmi namizəd iddia edir 27 Fevral 2016 02:00 Dünya "Bu gün üçün BMT baş katibi vəzifəsinə altı rəsmi namizəd iddia edir. Onların hamısı Şərqi Avropa regionundandır". "Report" bunu keçirdiyi brifinqdə jurnalistlərə açıqlamasında BMT-nin Baş Assambleyasının 70-ci sessiyasının sədri Mogens Lyukketoft deyib. "Namizədlərin üçü kişi, üçü qadındır. Bunlar Srcan Kərim (Makedoniya), Vesna Pusiç (Xorvatiya), İqor Lukşiç (Monteneqro), Danilo Türk (Sloveniya), İrina Bokova (Bolqarıstan) və Natalya Germandır (Moldova)", - deyə Mogens Lyukketoft bildirib. O, gələcək baş katibin seçim prosesinin şəffaf olacağını qeyd edib. Sədr ilk dəfə BMT-nin 193 üzvünün hamısının seçkilərdə iştirak edəcəyini bildirib. M.Lyukketoftun sözlərinə görə, aprelin 12-14-də BMT-yə üzv dövlətlər namizədlərlə görüşlər keçirməyə başlayacaq. Teqlər : #BMT baş katibi vəzifəsinə altı rəsmi namizəd iddia edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriya danışıqları üç həftə davam edəcək İranda seçkilərin ikinci turu keçiriləcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO