İranda sel və tufan nəticəsində ölənlərin sayı artıb

İranda sel və tufan nəticəsində ölənlərin sayı artıb

İranın Amol şəhəri, Ağlor və Kəlalə kəndlərində yağan güclü yağış və baş verən daşqın nəticəsində azı 4  nəfər ölüb. Bunu İranın Qırmızı  aypara cəmiyyətinin  imdad və nicat təşkilatının sədri Nasir Çərxsaz  deyib. 
 
Maide.Az xəbər verir ki, N.Çərxsaz deyib ki,  Amol, Qaimşəhr və Azadşəhr şəhərlərində ildırım 3 nəfəri vurub. 
 
Onun sözlərinə görə, ümumilikdə 6341 nəfərə yardım göstərilib.
 
Ötən 24  saat ərzində sel və daşqınlar İranın  Mazandaran,  Gülüstan, Simnan, Ərdəbil  və  Şərqi Azərbaycan  əyalətlərində 21 şəhərə  müxtəlif dərəcəli  ziyanlar vurub. 
 
 

Google+ WhatsApp ok.ru