`Yaxşı olarki,  Ərəbistan  illüziyadan  əl çəkib ağılla hərəkət etməyi seçsin`

`Yaxşı olarki, Ərəbistan illüziyadan əl çəkib ağılla hərəkət etməyi seçsin`

Yaxşı olar ki, Rəsmi Riyad illuziyadan əl çəkib ağılla hərəkət etməyi seçsin.
 
Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi Səudiyyə Ərəbistan XİN başçısının sözlərinin cavabında deyib.
 
Maide.Az xəbər verir ki, İran XİN-in rəsmi saytının məlumatına görə, B.Qasimi Səudiyyə Ərəbistan rəsmilərinin, xüsusi ilə Adil Əl-Cübeyrin İrana qarşı ittihamlarını əsassız və içiboş adlandırıb.
“Yaxşı olar ki, Ərəbistan özünün regiondakı hərəkətləri ilə bağlı yenidən düşünsün və lazımdır ki, illuziyadan əl çəkib ağılla hərəkət etsin. İranın regionda müsbət və konstroktiv çalışması və roluna qarşı bu kimi iddialar həddən artıq təkrarçılıq və yorucudur. İranın Suriyada məsləhətçi kimi olması və terrorçu-təkfirçi qrupların vəhşiliyindən və zülmündən əziyyət çəkən regionun bəzi islami ölkələrinin günahsız xalqına siyasi və mənəvi dəstəyi bölgədə və dünyada sabitlik və təhlükəsizliyin təmini üçündür”. B. Qasimi deyib ki, belə nəzərə çarpır ki, regionda və dünyada düzgün olmayan siyasətini dəyişməli olan elə Səudiyyə Ərəbistanın özüdür. Bu ölkə Yəmənin müdafiəsiz qadın və uşaqlarına qarşı hücumlarını dayandırmalıdır. Regionda, xüsusi ilə Suriyada terrorçu qruplaşmaları dəstəkləməkdən əl çəkməlidir”.
O əlavə edib ki, İran İslam Respublikası üçün regionda sabitlik, terrorizmin məhvi, ölkələrin ərazi bütövlüyünün qorunması və İslam dünyasında birlik proritet məsələlərdəndir.

Google+ WhatsApp ok.ru