İranda terror qruplaşmalarına qarşı əməliyyat keçirilib

Ötən gün İranın qərbində Sumar sərhəd zonasında ordu terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat keçirib. Maide.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin ölkənin qərb bölgəsi üzrə komandiri Mənuçehr  Kasimi deyib.
O deyib ki, terrorçu qruplaşma ölkədə təxribat törətmək niyyətində idi ki, təhlükəsizlik nazirliyi və ordunum birgə əməliyyatı ilə məhv edildilər.M. Kazimi deyib ki, əməliyyat zamanı terrorçulardan ikisi öldürülüb.
Onlardan xeyli sayda silah sursat, partlayıcı maddə, kəmər götrülüb.
Komandirin sözlərinə görə, ötən ayda ordu Kirmanşah əyalətinin Sumar sərhəd zonasında silahlı qruplaşmanı zərərsizləşdirmişdi.
Saxlanılan şəxslərin neçə nəfər olduğu açıqlanmayıb.

Google+ WhatsApp ok.ru