İran il ərzində orbitə iki sputnik buraxmağı planlaşdırır

İran il ərzində orbitə iki sputnik buraxmağı planlaşdırır

İran bu il ərzində (İranda bu, martın 21-dən başlayır - red.) orbitə iki peyk buraxmağı planlaşdırır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Tehranda keçirilən mətbuat konfransında İran Kosmik Agentliyinin (İKA) rəhbəri Mohsen Bəhrami bildirib.

"Hazırda üç kosmik aparat - "Dusti" ("Dostluq"), "Nahid 1" ("Venera 1") və "Atsat" orbitə buraxılması üçün tam hazır vəziyyətdədir. Bu ilin sonuna qədər onlardan ikisinin orbitə buraxılması nəzərdə tutulub. Daha iki kosmik aparat - "Pars" və "Nahid 2" isə hazırlıq mərhələsindədir", - deyə İKA rəhbəri vurğulayıb.

Xatırladaq ki, İran "Omid" ("Ümid") adlı ilk peykini 2009-ci ildə orbitə buraxıb. Ardından "Səfir" raket daşıyıcısının vasitəsilə orbitə daha üç peyk buraxılıb.

Google+ WhatsApp ok.ru