İtaliyada iki qatar toqquşması nəticəsində ölənlərin sayı 20-ə çatıb

İtaliyada iki qatar toqquşması nəticəsində ölənlərin sayı 20-ə çatıb

Ölən və yaralananlar arasında xarici ölkə vətəndaşları yoxdur
 
 İtaliyada iki sərnişin qatarının toqquşması nəticəsində ölən və yaralananlar arasında xarici ölkə vətəndaşları yoxdur. 
"Report" İtaliya KİV-inə istinadən xəbər verir ki, bu barədə İtaliya Mülki Müdafiə Xidmətindən bildirilib. 
Məlumata görə, hadisədə ən azı 20 nəfər ölüb, 35 nəfər yaralanıb. 
Üç vaqon tamamilə dağılıb. Yaralılardan 4-ü ağır vəziyyətdədir.  
 
Hadisə İtaliyanın cənubunda, Apuliya vilayətində baş verib. Bununla bağlı regional dəmir yolu xətti üzrə hərəkət dayandırılıb.
Qeyd edək ki, bir müddət əvvəl Baridə (Apuliya vilayətində) Andriya və Korato yaşayış məntəqələri arasında iki regional qatar toqquşub.
 
Təcili yardım və xilasetmə xidmətləri hazırda hadisə yerindədir.

Google+ WhatsApp ok.ru