İran iri miqyaslı hərbi təlimə başlayıb

İran İslam Respublikası Silahlı Qüvvələri  Muhəmməd Rəsulullah (s.ə.s) adlı müştərək böyük hərbi təlimlərə başlayıb.

Maide.az-ın İRNA-ya istinadən məlumatına görə, irimiqyaslı təlim bu gün səhər Silahlı Qüvvələrin  quru, dəniz, hava və Sepah-ın iştirakı  başlayıb.

Təlimdə İranın  Xatəmul-Ənbiya (s.ə.s) Havadan Müdafiə Qərargahının komandanı Fərzad İsmaili deyib: Ordunun müştərək böyük hərbi təlimlər keçirməsi düşmənlərin hədələrinə cavabdır.

F.İsmaili deyib ki,  İran ordusunun müştərək hərbi təlimlərinin İslam İnqilabının Böyük Rəhbərinin göstərişinə əsasən keçirilir.

F. İSmaili deyib ki,  Muhəmməd Rəsulullah (s.ə.s) hərbi təlimlərinin ən önəmli xüsusiyyətlərindən biri bu təlimləri gənc komandirlərin idarə etməsidir. "Xatəmul-Ənbiya (s.ə.s) Havadan Müdafiə Qərargahının Gənc komandirlərin ibarət "Ümid Qərargahı" bəzi günlərdə, havadan müdafiə təlimlərinin  idarə olunmasını tam formatda öz üzərinə götürəcək."

Qeyd edək ki, təlimlər dekabrın 25-dən 31-dək 6 gün davam edəcək.  Hərbi təlimlər 2 milyon 200 min kvadrat kilometr ərazidə keçirilir. Təlimlər suda Hörmüz boğazının şərqində, quruda isə Sistan və Bəluçistan əyalətində və Hörmüzqan əyalətinin bir hissəsində keçirilir. təlimlərdə Silahlı Qüvvələrin və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) hərbi hava, dəniz və quru qoşunları iştirak edir.  /
 

Google+ WhatsApp ok.ru