İran şirkəti Azərbaycana avtomobil ixracını nəzərdən keçirir

“Xodro” şirkətinin məhsullarının MDB ölkələrinə, o cümlədən Azərbaycana ixracı məsələsi gündəlikdədir”.
 
Bunu APA-ya açıqlamasında İranın “Xodro” şirkətinin baş direktoru Haşım Yeke Zare deyib.
 
O bildirib ki, hazırda İran bölgədə avtomobil ixracı üzrə birinci yerdədir.
 
H. Zare deyib ki, “Xodro” şirkəti MDB ölkələri arasında Azərbaycana prioritet verir. “Hələlik Azərbaycanın özəl sektoru ilə avtomobil ixracına dair ciddi danışıqlarımız olmayıb. Bu məsələdə sərmayənin tapılması əsasdır. Sərmayədar olsa, Azərbaycanla avtomobil istehsalı və ixracı ilə bağlı əməkdaşlıq etməyə hazırıq”.

Google+ WhatsApp ok.ru