Ankara hücumunu boynuna götürən tapıldı

Ankarada 13 mart tarixində təşkil edilən xain terror hücumunu PKK-nın bir qolu kimi tanınan TAK (Kürdüstan Azadlıq Şahinləri) adlı təşkilat üzərinə götürüb.
 
Maide.az xəbər verir ki, 19 fevraldakı Ankara hücumunu da sözügedən təşkilat boynuna götürmüşdü. Təşkilatın internet saytında yer alan açıqlamada, qanlı hücumun günahkarının Səhər Çağla Dəmir olduğu da qeyd olunub.
 
TAK daha əvvəl 19 fevraldakı Ankara təcavüzü və Sabiha Gökçen Hava Limanına keçirilən qaubitsa hücumlarını da boynuna götürərək gündəmə gəlmişdi.

Google+ WhatsApp ok.ru