İran Maersk Tigris gəmisinin azadlığı üçün şərt qoydu

İranın Danimarkadakı səfirliyi iki gün öncə İranın hərbi qüvvələri tərəfindən Fars körfəzində saxlanan Maersk Tigris Şirkətinin konteyner gəmisinin azadlığı üçün şərt qoyub və elan edib ki, Maersk Tigris şirkəti  iranlı şikayətçiyə borcunu ödədikdən sonra azad olunacaq. 
Maide.az  Röyters İnformasiya Agentliyinə istinadən məlumat verir ki, Maersk Tigris şirkəti saxlanılmış gəmi haqqında bəyanat verib və 3,6 milyon dollarlıq cərimədən xəbərsiz olduğunu bildirib. Buna cavab olaraq İranın Danimarkadakı səfirliyi elan edib ki, saxlanılmış gəmi yalnız bu borc iranlı tərəfə ödəndikdən sonra azad olunacaq. 
Marşal adaları bayrağı altında Fars körfəzində üzən Maersk Tigris şirkətinə məxsus konteyner gəmisi iki gün öncə İranın dəniz qüvvələri tərəfindən saxlanılmış və Bəndər Abbas limanına gətirilib.Danimarkanın Maersk şirkəti Marşal adalarının bayrağı altında üzən gəminin iranlılar tərəfindən saxlanmasının səbəbinin aydın olmadığını elan etmişdi. 
Əksəriyyəti Şərqi Avropa və Asiyadan olan 24 nəfərlik gəmi heyətinin idarə etdiyi Maersk Tigris gəmisi Bəndər-Abbas sahilində lövbər salıb.
Qeyd edək ki, bundan əvvəl gəminin Amerikaya məxsus olduğu barədə xəbərlər yayılmış, Pentaqon bu xəbərləri təkzib etmişdi./
 

 

Google+ WhatsApp ok.ru