İraqın Əhlul-Hak briqadasının komandiri İŞİD-ə qarşı döyüşdə şəhid olub

Maide.az-ın məlumatına görə, İraqın Əhlul-Hak briqadalarının bəyanatında bildirilir ki, yüksək çinli komandirlərindən biri İŞİD terror təşkilatına qarşı döyüşərkən Fəllucədə şəhid olub.
 
Əbu Musa Əl-Əmiri təxminən bir ildir ki, Fəllucədə İraq Əhlul-Hak Briqadaları komandanlığını aparırmış. Bundan iki ay əvvəl Əbu Musa Əl-Əmirinin Əli Həsən Əl-Əmiri adlı qardaşı da Fəllucədə eyni bölgədə şəhid edilmişdi.
 
Əbu Musa Əl-Əmiri ABŞ-ın İraq işğalında Amerika ordusuna qarşı döyüşmüş və uzun illər işğal ordusunun zindanlarında işgəncə görmüşdü.
 

Google+ WhatsApp ok.ru