İranın “Dezful” şəhərində İmam Hüseyn (ə) əzadarlarına atəş açılıb, ölənlər var

“Dezful” şəhərində İmam Hüseyn əzadarlarına açılan atəş nəticəsində 2 nəfər şəhid olub, 2 nəfər isə yaralanıb.
Maide.az xəbər verir ki, dünən 16 oktyabr axşam saatlarında yerli vaxtla saat 22:30 radələrində  “Peugeot” markalı sərnişin avotmobilinin sərnişinləri Dezful şəhərinin Səfiabad rayonunda yerləşən Qəbəre Bəni Haşem (ə) məscidində əzadarlıq edən insanlara Kalaşnikov avtomat silahından atəş açaraq hadisə yerindən qaçıblar.
Yaxınlıqdakı insanlara hadisə barədə İRNA Agentliyinə bildiriblər: Bu hadisə nəticəsində 4 nəfər xəsarət alıblar, onlardan ikisinin vəziyyəti ağır olduğundan xəstəxanada həyatlarını itiriblər.
Hal-hazırda Dezful şəhərinin Hüquq-mühafizə orqanlarının nümayəndələri hadisə yerində araşdırmalar aparırlar. /
 

Google+ WhatsApp ok.ru